26 Avqust 2018 21:43
1 736
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nikol Paşinyandan fərqli olaraq Ermənistanın eks-prezidentləri Serj Sərkisyan və Robert Köçəryan hər ikisi Qarabağ ermənisidir. Paşinyan Ermənistan ərazisində hər ikisi ilə mübarizə apara bilir, ancaq işğal altındakı torpaqlar Paşinyan üçün də qara zonadır.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, bu qara zonanın özünü necə aparacağı Paşinyana bəlli deyil:

“Ona görə Paşinyan tez-tez Qarabağa gəlir, nəbz yoxlaması həyata keçirir və geri dönür. Və yenə qayıdır. Çünki Paşinyanda Qarabağ separatçılarının kimə tabe olacağı ilə bağlı qəti əminlik yoxdur. Serj Sərkisyan və Robert Köçəryan Ermənistanda sevilməsələr də, Qarabağda dayaqları güclüdür və Paşinyana qarşı bu faktordan istifadə edə bilərlər”.

E.Şahinoğlu qeyd edib ki, separatçıların lideri Bako Saakyan R.Köçəryan qədər güclü fiqur deyil:

“Yəni, Köçəryan istəsə onu asanlıqla devirib yerinə keçə bilər. Bundan sonra isə Paşinyan Köçəryanla hesablaşmaq məcburiyyətində qalacaq. Köçəryanı Ermənistanda hər an həbs təhlükəsi gözləyir, işğal altındakı torpaqlarda isə o sərbəst hərəkət edə bilər”.


Müəllif: Səxavət

Oxşar xəbərlər