28 Avqust 2018 12:30
1 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 30-da Azərbaycana rəsmi səfərə gələcək Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin səfər proqramı məlum deyil.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin mətbuat xidmətindən “Novosti Qruziya”ya bildirilib.

“Səfər avqustun 30-da baş tutacaq. Bu, baş nazirin ilk rəsmi səfəri olacaq. Lakin səfər çərçivəsində hansı məsələlərin müzakirə ediləcəyi məlum deyil”, - deyə məlumatda bildirilib.

Mənbə qeyd edir ki, Gürcüstan və Azərbaycan 1992-ci il noyabrın 18-də diplomatik münasibətlər qurublar: “O vaxtdan bəri ölkələr enerji və ticarət də daxil olmaqla, müxtəlif sahələrdə yaxından əməkdaşlıq edirlər. Azərbaycan bu gün Gürcüstanın ən böyük ticarət tərəfdaşlarından biridir. Ölkələr arasındakı ticarət dövriyyəsi keçən il təxminən 882 milyon dollara çatdı”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər