30 Avqust 2018 11:54
967
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana rəsmi səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, hökumət başçısı səfər çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə iki ölkə arasında nəqliyyat, energetika, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdə əlaqələrin mövcud vəziyyəti və gələcək inkişaf prespektivləri müzakirə olunacaq. Tərəflər həmçinin ikitərəfli və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi imkanlarını da nəzərdən keçirəcəklər. Bildirilib ki, görüşlərdə iqtisadiyyat sahəsində əməkdaşlığın artan potensialına xüsusi diqqət ayırılacaq.

Qeyd edək ki, bu, M.Baxtadzenin Gürcüstanın baş naziri kimi Azərbaycana ilk səfəridir.səfəri başladı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər