30 Avqust 2018 16:13
1 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

İcbari tibbi sığortanın tətbiqi ilə bağlı ilk olaraq pilot layihə Mingəçevir və Yevlax rayonlarında tətbiq edilib. Prezident İlham Əliyevin sərəncamı ilə bu il Ağdaş rayonu pilot rayonlar siyahısına daxil edilib. Hazırda həmin pilot ərazilərdə 370 mindən çox sakinə xidmət göstərilir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib.

Zaur Əliyev bildirib ki, pilot rayonlarda agentliyin tabeliyinə verilmiş dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin strukturları yenilənib, diaqnostik laboratoriyalar yenidən qurulub, ilkin səhiyyə xidmətinin təşkil edilib, ailə sağlamlıq mərkəzləri yaradılıb:

“Birinci il biz kəmiyyətə daha çox üstünlük verir, əhalinin səhiyyəyə əlçatanlığını təmin etməyə çalışırdıq. Lakin ikinci ildə biz keyfiyyətə fikir verməyə başladıq və hazırda o istiqamətdə bir çox işlər görülür. Görülən bu kimi tədbirlərlə bağlı pilot ərazilərdə bir neçə istiqamətdə məmnunluq sorğuları keçirilib. İlkin nəticələrə əsasən əhali icbari tibbi sığortanın tətbiqindən məmnundur.

Bundan əlavə, icbari tibbi sığortanın keçid dövrü ilə bağlı planlar hazırlanır. Ölkə başçısının sərəncamı ilə icbari tibbi sığortanın keçid dövrünün uğurlu olması üçün konsultant cəlb olunub. Keçid dövrü haqqında yol xəritəsi də hazırlanıb. Tibb müəssisələrində bu məqsədlə hazırlıq işlərinə başlanılıb.

Növbəti beş il ərzində icbari tibbi sığortanın bütün Azərbaycan ərazisində mərhələli şəkildə tətbiq edilməsi nəzərdə tutulur”.


Müəllif: Səxavət

Oxşar xəbərlər