19 Avqust 2014 16:31
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Statistika göstərir ki, yay aylarında suda batanların sayı hətta şəhidlərin sayından çox olur”.


Teleqraf.com xəbər verir ki, bu fikri millət vəkili Aydın Mirzəzadə Feysbuk səhifəsində yay mövsümündə dənizdə boğulan uşaqlarla bağlı yazıb.

A.Mirzəzadə qeyd edib ki, uşaqlığı Mingəçevirdə Kür sahilində keçib:

“Evimizlə çay arasındakı məsafə cəmisi 200 metr idi.

Suda batma halları demək olar ki, olmurdu. İlk səbəb isə ondan ibarət idi ki, valideynlər daima uşaqlarının harda olduğunu bilirdilər. İkinci səbəb isə o idi ki, uşaqlar heç zaman Kürdə çimməyə tək getmirdilər. Üçüncü səbəb o idi ki, uşaqlar həmiçə ancaq çoxluq olan yerdə çimirdilər”.

Deputat digər səbəbləri də sadalayıb. A.Mirzəzadə başına gələnləri əlavə edib: “Kür sahilində Arkadi adlı bir erməni oğlan kimin Kürün o biri sahilinə üzüb dərhal da geri qayıda biləcəyini soruşdu. O bizdən böyük idi, heç kəs dinmədi, çünki riskli idi.

O bizə lağ eləməyə başladı. Mən dözməyərək üzə biləcəyimi dedim. O, 3 manata mərc gəlməklə birlikdə üzəcəyimizi dedi, yenə lağ etdi. Mənim 3 manatım olmasa da, razılaşdım. Kürü keçdik və o dəqiqə də geri qayıtdıq. Erməni oğlan pərt oldu. O zaman mənim 12 yaşım var idi”.


Müəllif:

Oxşar xəbərlər