2 Sentyabr 2018 16:31
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran Apelyasiya Məhkəməsində Güney Azərbaycandan olan 7 milli-mədəni fəalın şikayətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, məhkəmə fəalların şikayətini təmin etməyib.

Hakim azərbaycanlıları təhqir edən “Fitilə” verilişinə edilən etirazları “separatçılıq” adlandırıb.

Qeyd edək ki, fəallar İran İnqilab Məhkəməsi tərəfindən 58 ay həbs cəzasına məhkum edilib. Saleh Molla Abbasi, Əkbər Əbulzadə və İbrahim Nuri hər biri 10 ay, Hamid Allahverdipur, Süleyman Kazimi, Murtaza Şükri və İsrafil Fətullazadə isə hər biri 7 ay azadlıqdan məhrum edilib.

Xatırladaq ki, 2015-ci il noyabrın 6-da İran televiziyasının 2-ci kanalında yayımlanan “Fitilə” adlı televiziya komediyasında diş fırçası ilə tualet fırçası arasındakı fərqi bilməyən, dişlərini tualet fırçası ilə fırçalayan türk usage təsvir edilib.

Verilişdən sonra Güney Azərbaycanda etirazlar başlayıb.

Türkləri təhqir edən “Fitilə” verilişini efirə verən telekanalın rəhbərliyinin cəzalandırılmaması etirazlar səbəb olub.


Müəllif: Mənsur Rəğbətoğlu