4 Sentyabr 2018 12:57
2 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya hərbi təyyarələri Suriya müxalifətinin nəzarətindəki İdlib bölgəsinə hücum həyata keçirib.

Teleqraf.com “Milliyət”ə istinadla xəbər verir ki, Londonda yerləşən Suriya İnsan Haqları Rəsədxanası rus döyüş təyyarələrinin 22 günlük susqunluqdan sonra İdlibi geri almağa başladığını açıqlayıb.

Hava hücumuna məruz qalan İdlibdə silahlı müxalifət qüvvələri ilə yanaşı 3 min dinc insanın yaşadığı bildirilir.

Qeyd edək ki, bir çox ölkələr, o cümlədən Türkiyə İdlibdə hər hansı hərbi əməliyyatın əleyhinə idi. Hərbi əməliyyatlar eyni zamanda Türkiyəyə güclü qaçqın axını ilə nəticələnə bilər.

ABŞ Prezidenti Donald Tramp İdlibin vurulmasının böyük xəta olacağını bəyan etmişdi.


Müəllif: Nərgiz

Oxşar xəbərlər