Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Türkiyənin Gəncə şəhərinə təyin edilmiş yeni baş konsulu Zəki Öztürkü qəbul edib.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, görüş əsnasında Z.Öztürk baş konsul təyinatı ilə əlaqədar patent sənədini P.Mirzəzadəyə təqdim edib.
P.Mirzəzadə Zəki Öztürkə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycanla Türkiyə arasında mövcud dostluq və qardaşlıq münasibətləri, bu əlaqələrin daha da inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.