5 Sentyabr 2018 11:46
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaponiyanın xarici işlər naziri Taro Kono Azərbaycandadır.

Teleqraf.com xəbər verir ki, yaponiyalı nazir az öncə Xarici İşlər Nazirliyinə gəlib. Onu nazir Elmar Məmmədyarov qarşılayıb.

Hazırda XİN-də nazirlərin görüşü keçirilir. Əvvəlcə təkbətək keçirilən görüş daha sonra nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.

Qeyd edək ki, yaponiyalı nazir sentyabrın 2-dən Cənubi Qafqaz ölkələrində səfərdədir. T.Kono əvvəlcə Ermənistana və Gürcüstanda olub. Bu, Yaponiya XİN rəhbərinin Ermənistan və Gürcüstana ilk səfəridir. O, 1999-cu ildən sonra Yaponiyadan Azərbaycana səfər edən ikinci xarici işlər naziridir.


Müəllif: Səxavət

Oxşar xəbərlər