7 Sentyabr 2018 11:25
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin (MM) Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün payız sessiyasında ilk iclası keçiriləcək. İclasda “Silahlı Qüvvələrin Daxili xidmət” və “Silahlı Qüvvələrin Qarnizon və qarovul xidmətləri” nizamnamələrinə dəyişiklik müzakirə olunacaq.

“Silahlı Qüvvələrin Daxili xidmət” nizamnaməsində “Hərbi qulluqçulara əllərini cibində saxlamaq, həmçinin rəisin və ya böyüyün icazəsi olmadan onların yanında oturmaq və ya papiros çəkmək qadağandır” ifadəsində “papiros” sözü “tütün” sözü ilə əvəz edilərək məhdudiyyətin əhatə dairəsi daha da genişləndirilir.

Belə ki, qadağa təkcə papirosa yox, digər tütün vasitələrinə də şamil edilir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər