7 Sentyabr 2018 12:17
2 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr islahatlarına başlanılıb.

BŞİH-in Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə müdiri vəzifəsinə Ayaz İmaməliyev təyin olunub.

O, bundan öncə Səbail Rayon İcra Hakimiyyətində Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

BŞİH-dənbildirilib ki, kadr islahatları davam etdiriləcək.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 16 iyul 2018-ci il tarixli sərəncamı ilə BŞİH başçısının müavini vəzifəsinə Eldar Əzizov təyin olunub. Hazırda E.Əzizov BŞİH başçısı səlahiyyətlərini icra edir.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər