7 Sentyabr 2018 16:32
1 081
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfərinə digər Avropa ölkələri ilə müqayisədə istisna kimi yanaşmaq lazımdır. Çünki Xorvatiya Azərbaycana səmimi dostluq münasibət bəsləyən ölkə kimi dəyərləndirilir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri deyib.

Onun sözlərinə görə, Xorvatiya Avropada Azərbaycana yaxın olan ölkələrdən biridir: “Xorvatiya Xəzər dənizindən Türkiyə vasitəsilə Avropaya çəkiləcək TAP və TANAP layihəsini dəstəkləyən ölkələrdən biridir. Xorvatiya bu layihəyəyə həm siyasi, həm də digər yöndə dəstək verən az ölkələrdəndir. Xorvatiya kimi ölkənin Azərbaycanla əməkdaşlığı həqiqətən ölkəmizə müəyyən ümidlər və imkanlar yaradır”.

Politoloq qeyd edib ki, Avropa Birliyinə inteqrasiya etmədən, Avropa ilə ciddi əlaqələrdə olmadan ölkəni müasir dövlət olaraq inkişaf etdirmək çətindir: “Ona görə də Avropada mütləq mənada bir neçə istinad dost dövlət olmalıdır. Bu dövlətlərdən biri Macarıstandırsa, digəri Xorvatiyadır. Azərbaycanla münasibəti olan digər böyük Avropa ölkələri də var. Xüsusilə Böyük Britaniya və Fransanı qeyd etmək olar. Ancaq hər bir halda onu nəzərdən qaçırmaq olmaz ki, Fransa və Böyük Britaniya yalnız öz maraqları təmin olunana qədər Azərbaycana dost münasibət bəsləyirlər. Lakin Xorvatiya və Macarıstan türklərə qardaş deyən dövlətlərdir”.

Siyasi şərhçi hesab edir ki, hərbi baxımdan əməkdaşlıq çərçivəsində Xorvatiya ilə münasibətlərin qurulması Azərbaycana bir çox imkanlar tanıyır: “Belə ki, Azərbaycan təkcə Rusiya və İsraildən silah almır. Dövlətimizin silah əldə etdiyi ölkələrdən biri də Xorvatiyadır. Azərbaycan uzunmüddətli olaraq Avropanı öz qazı ilə təmin etmək fikrindədir, neftimiz də Avropa ölkələrinə satılır, bu kontekstdə Xorvatiya kimi dost ölkələrin mövcudluğu ölkəmizin Avropa məkanında mövqelərini gücləndirir. Onu da nəzərə almaq lazımdır ki, Xorvatiya, Macarıstan kimi dost ölkələrin olması Azərbaycanın mövqeyini Avropa strukturlarında möhkəmləndirir. Ölkə başçısının bu ölkəyə səfəri sözün əsl mənasında uğurlu səfər kimi qiymətləndirilir. Bir sözlə, bu ölkə Azərbaycanla həqiqi mənada dostdur”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər