8 Sentyabr 2018 15:30
2 112
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya və Suriya təyyarələri İdlibi vurur.

Teleqraf.com xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

Döyüş təyyarələri İdlibin cənubunu və Hamanın şimalını vurmağa başlayıb.

İdlibin cənubunda yerləşən Abdin bölgəsində 3 mülki vətəndaş həyatını itirib.

Qeyd edək ki, ötən gün üç ölkəninin - Rusiya, Türkiyə və İranın dövlət başçıları Suriya ilə bağlı Tehranda görüş keçiriblər. Tərəflər müxalif qüvvələrin sonuncu qalası olan İdliblə bağlı vahid mövqeyə gələ bilməyiblər.

Türkiyə idlibdə atəşkəs elan olunmasına çalışsa da digər iki ölkə bununla razılaşmayıb.

İdlibdə 4 milyon dinc sakin olduğu bildirilir.


Müəllif: Mahir

Oxşar xəbərlər