10 Sentyabr 2018 16:59
892
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illərdə Məhərrəm ayında baş yarma, zəncir və bu kimi halların qarşısı alınıb. Bəzən müəyyən şəxslər var ki, gizli formada 3-5 nəfəri kiminsə evində yığmaqla fanatizm və xürafat formasında bunu qeyd etməyə çalışırlar”.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov “Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, bu gün cəmiyyətin bir problemi də xürafatdır: “Buna qarşı da hamı mübarizə aparmalıdır. Bu gün ölkədə xeyli falçı, cadugər var. Bu da daha çox qadınlar arasındadır. Xürafatın da arxasında radikalizm, ekstremizm dayanır. Bu da siyasələşdirilmiş dindir. Məhərrəm ayında bu hal xüsusilə artır. Odur ki, diqqətli olmaq lazımdır. Xüsusilə də xaricdən gələnlər orada gördüklərini yaymağa çalışırlar. Sosial şəbəkədə dini bilgi almaq məqsədəuyğun sayılmır. Kimsə mənbəyi olmayan ədəbiyyatlardan istifadə edirsə, onların sorağı sonradan Suriyadan gəlir”.

S.Heydərov qeyd edib ki, İslam dinindən sona qədər hansısa məqsədlər üçün istifadə edilə bilməz: “Beynəlxalq təşkilatlar belə istəyir ki, Azərbaycandakı kimi etnik və dini tolerantlıq Avropada bərqərar olsun. Çünki bilirlər ki, orada radikal proseslər başlayır. Ona görə də Azərbaycan modelinə böyük dəyər verilir. Müsəlman ölkələri arasında birlik demək olar ki, çox pis səviyyədədir. Artıq dinlərarası, mədəniyyətlərarası münasibətlərə ciddi xələl gəlir. Azərbaycana birliyə, həmrəyliyə ciddi önəm vermək lazımdır”.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər