11 Sentyabr 2018 14:33
1 094
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi, "İrəli" İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən SAY hərəkatının 7-ci fəaliyyəti olan"Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)" layihəsi davam edir.

Teleqraf.com xəbər verir ki, SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

Layihənin 2-ci günündə komanda quruculuğu təlimi baş tutub. Təlimçi - ekspert Rəna Tahirova hər biri 10 nəfər olmaqla 8 qrupa vahid komanda olmağı öyrədib.Daha sonra gün ərzində komandalar arasında voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunları keçirilib.

Layihənin 3-cü günü “Cümhuriyyət Tarixi” günü olub. Yazıçı, əməkdar incəsənət xadimi Orxan Fikrətoğlu layihə iştirakçıları ilə cümhuriyyət tarixi barədə diskussiya aparıb.

Daha sonra layihənin 3-cü günü təlim sessiyaları və intellektual yarışlarla davam edib. Layihə iştirakçıları praktiki sessiyaya hazırlaşıb.

Birliyin mətbuat xidmətindən bildirilib ki,"SAY:Cümhuriyyət" layihəsi Azərbaycan Prezidenti İlham Əliyevin 2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərancamına əsasən həyata keçirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər