11 Sentyabr 2018 15:00
930
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda Nüvə Elmi və Texnologiyaları Mərkəzi yaradılacaq.

Bunu bu gün Bakıda keçirilən "Gələcəyin enerji imkanları və çağırışlar" adlı beynəlxalq konfrans çərçivəsində Rusiyanın Atom Enerjisi üzrə Dövlət Korporasiyası ("RosAtom") prezidenti Alexander Merten bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə azərbaycanlı həmkarları ilə işləməyi planlaşdırırlar: "Bu mərkəzdə nüvədən zəhərlənənlərin müalicəsi, həmçinin onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi aparılacaq. Burada həmçinin kadrlar da hazırlanacaq".

A.Merten əlavə edib ki, əgər Azərbaycan hökuməti razılıq verərsə, gələcəkdə ölkədə atom elektrik stansiyası (AES) də tikilə bilər: "Bunun üçün Azərbaycanda əvvəlcədən inşa edilmiş istilik güclərindən də istifadə edilə bilər və xaricə karbonhidrogenin satışı artırıla bilər. Bundan başqa, atom stansiyasnın tikintisi istənilən enerji proqramını həyata keçirməyə imkan verəcək. Çünki, bu, ucuz və əlçatan energetika sayılır”./"Report"/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər