11 Sentyabr 2018 17:47
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə yeni nümayəndəsi doktor Hande Harmancını qəbul edib.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Naziliyindən məlumat verilib.

Görüş əsnasında Hande Harmancı təyinatı ilə əlaqədar etimadnaməsini P.Mirzəzadəyə təqdim edib. O, fəaliyyəti dövründə Azərbaycanla ÜST arasında münasibələrinin inkişafı üçün səylə çalışacağını diqqətə çatdırıb.

P.Mirzəzadə yeni nümayəndəyə fəaliyyətində uğurlar arzulayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər