13 Sentyabr 2018 16:38
1 381
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfəri iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafına təkan verəcək.

Teleqraf.com xəbər verir ki, bunu israilli politoloq Mixail Borodkin deyib.

Borodkinə görə, iki ölkə uzun illərdir hərbi-texniki sahədə sıx əlaqələr saxlayırlar: “Yəqin ki, bu səfərdən sonra bu əlaqələrin inkişaf etdirilməsinə uyğun olaraq, yeni hərbi əməkdaşlıq müqaviləsi imzalana bilər.

Çox güman ki, İsrail-Azərbaycan yaxınlaşması eyni zamanda, terrorizmə qarşı birgə mübarizə məqsədi də daşıyır.

Buna görə də hesab etmək olar ki, Libermanın səfərindən sonra İsraildən Azərbaycana yeni hərbi sistemlərin və silahların təchizatı baş tuta bilər”.

Mənsur Rəğbətoğlu


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər