15 Sentyabr 2018 16:14
948
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün, sentyabrın 15-də Bakının bolşevik-daşnak işğalından azad edilməsindən 100 il ötür.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə bildirib.

O qeyd edib ki, 1918-ci ilin məhz bu tarixində, tərkibində Azərbaycan Korpusu da olan Qafqaz İslam Ordusu Bakıya daxil olaraq şəhəri bolşevik-daşnak qüvvələrinin işğalından azad etdi.

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan xalqı bu tarixi və qəhrəmanlığı edən türk və Azərbaycan əsgərlərinin əziz xatirəsini daim ürəyində yaşadacaq.


Müəllif: Səxavət

Oxşar xəbərlər