Xalq Cümhuriyyəti Azərbaycan tarixində xüsusi mərhələ təşkil edir.
Teleqraf.com xəbər verir ki, bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.
A.Əlizadə bildirib ki, müsəlman şərqində ilk parlamentli respublika olan Xalq Cümhuriyyəti dünya tarixinin ən demokratik dövlət qurumlarından biridir.
Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin ölkədə dövlət səviyyəsində qeyd edildiyini deyən alim Qafqaz İslam Ordusunun xalqımızın tarixində xüsusi yeri və rolu olduğunu söyləyib:
“1918-ci il 15 sentyabr tarixi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığında müstəsna əhəmiyyətə malikdir. Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana gələrək işğalçı erməni-bolşevik qüvvələri ilə mübarizə aparıb, Bakını işğaldan azad edib. Məhz sentyabrın 15-dən sonra milli hökumət Gəncədən Bakıya köçürüldü və Bakı AXC-nin paytaxtı elan edildi”.