17 Sentyabr 2018 09:01
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan hərbi gücünə görə dünya reytinqində 2017- il ilə müqayisədə 5 pillə irəliləyərək 53-cü mövqedə qərarlaşıb.

Bu göstərici "Globalfirepower" portalının 2018-ci il üçün hazırladığı siyahıda qeyd olunub.

Azərbaycan bu göstəriciyə görə qonşuları Gürcüstan (82) və Ermənistanı (84) geridə qoyur. Gürcüstan yerini olduğu kimi saxlasa da, münaqişə vəziyyətində olduğumuz Ermənistan 9 pillə irəliləyib. Türkiyə ötən il ilə müqayisədə 1 pillə geriləyərək 9-cu pilləyə düşüb. İran isə 8 pillə irəliləyərək 13-cü yerə yüksəlib.

Reytinqdə dünyanın hərbi gücünə görə ən qüdrətli dövləti yenə də ABŞ-dır. Onun ardınca Rusiya, Çin və Hindistan qərarlaşıb.

Dövlətlərin hərbi gücü müəyyən edilərkən 50 müxtəlif amil nəzərə alınır. Burada silahlarla yanaşı, coğrafiya, təbii ehtiyatlar, əhalinin sayı və s. amillər də diqqətdən keçirilir./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər