Bu həftə İran parlamenti sədrinin birinci müavini Məsud Pəzəşkianın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.
İranın Azərbaycandakı səfirliyindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Respublikası Milli Məclisinin 100 illik yubileyi ilə bağlı tədbirlərdə iştirak edəcək.