18 Sentyabr 2018 16:29
2 627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdaşımız Dilqəm Əhməd uzun müddətdir Üzeyir bəy Hacıbəyli ilə bağlı müxtəlif materiallar toplayır. Onun kolleksiyasında Üzeyir bəyin operalarının yazıldığı vallar, əsərlərinin tamaşası və əsərlərinə çəkilən filmlərlə bağlı broşuralar, zərflər yer alır. Xüsusilə, Üzeyir bəyin 1985-ci ildə yüz illiyi ilə bağlı Bakıda və Şuşada keçirilən tədbirlərin dəvətnamələri kolleksiyadakı maraqlı nümunələrdəndir.

D.Əhmədin Teleqraf.com-a verdiyi məlumata görə, Üzeyir bəylə bağlı onun kolleksiyasındakı ən nadir material 1908-ci ildə çap olunan kitabdır: ““Hesab məsələləri” adlanan bu kitab 1908-ci ildə Orucov qardaşlarının mətbəəsində Qulamrza Şərifzadə və Abbasqulu Kazımzadə tərəfindən nəşr olunub. Bu əsər Məhəmmədəmin Rəsulzadənin diqqətini çəkib və o, 2 noyabr 1908-ci ildə “Tərəqqi” qəzetinin 91-ci sayında bu barədə məqalə yazıb”.

D.Əhməd bildirdi ki, Üzeyir bəyin əsərləri Türkiyədə həm dövlət tərəfindən, həm də azərbaycanlı mühacirlər tərəfindən səhnələşdirilib: “Mən Ankarada və İstanbulda Üzeyir bəyin tamaşaya qoyulmuş əsərlərinin də broşuralarını əldə etmişəm. Onlardan ən qiymətlisi Azərbaycan Gənclik Dərnəyi tərəfindən “O olmasın, bu olsun” tamaşasının broşurasıdır. Həmin broşuranın üzərində qeyd edilib ki, unutmayaq ki, bu gün əsir olan Azərbaycan bir türk yurdudur”.

Teleqraf.com kolleksiyaçı Dilqəm Əhmədin Üzeyir bəy Hacıbəyli ilə bağlı kolleksiyasındakı nadir materialları təqdim edir


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər