18 Sentyabr 2018 20:45
1 329
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan bu il bir neçə hərbi təlimlər keçirib. Onlardan biri bu ilin avqustunda Ermənistan və buradakı Rusiya hərbçilərinin iştirakı ilə keçirildi. Doğrudur, bunun NATO-nun avqust ayında Gürcüstanda keçirdiyi “Nəcib tərəfdaş” təliminə cavab olduğu bildirildi. Amma hər bir halda Ermənistanda keçirilən hər bir təlim, istənilən hərəkətlənmə Azərbaycanın milli təhlükəsizliyinə təhdiddir.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Nəzakət Məmmədova deyib.

Onun sözlərinə görə, Azərbaycan da digər 12 ölkə ilə birlikdə Gürcüstandakı təlimdə iştirak etmişdi:

“Ermənistan isə cəmi 4 zabitlə təmsil olunmuşdu. Buna baxmayaraq, Rusiya keçmiş sovet respublikalarının bu təlimdə iştirakına narazılığını bildirdi. Görünür, Ermənistan səhvini dərk edərək, Rusiya ilə təlimlərə başladı. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Rusiyanın hərbi müttəfiqi, daxili qiymətlərlə kreditlə silah verdiyi Ermənistanın bu addımı Rusiya tərəfindən sərt reaksiya ilə qarşılandı.

Üstəgəl, Paşinyanın sentyabrın 8-də Moskvaya səfərindən sonra sentyabrın 11-14-də bütün Ermənistan əraizində “Şant-2018” adlı ümumdövlət komanda-qərargah təlimləri başladı. Bu, Rusiyaya və Azərbaycana demarş cəhdi idi. Belə bir şəraitdə sentyabrın 15-də Bakıda keçirilmiş hərbi parad, həmin paradda iki qardaş dövlətin hərbçilərinin və müxtəlif qoşun növlərininı, Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı düşmənə verilmiş ən gözəl cavab oldu.

Üstəlik, Azərbaycan prezidentinin oğlunun da bu günlərdə hərbi xidmətə yollanması və and içməsi də düşmənə verilmiş cavabdır. Paşinyan oğlunu işğalçı orduda hərbi xidmətə yollamaqla özünə piar toplamaq istədi və bu, uğursuz oldu. Azərbaycan prezidenti öz oğlu Heydər Əliyevi hərbi xidmətə yola salmaqla, Ermənistanın həm hərbi təlimlərinə, həm də Paşinyanın ucuz piarına ləyaqətli cavab verdi. Əgər dövlət başçısının övladı əlinə silah alırsa, bu o deməkdir ki, ölkə müharibəyə hazırdır. Düşmənin də cavabı layiqincə veriləcək”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər