20 Sentyabr 2018 00:40
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aşurada dinə zidd hərəkətlərə yol vermək olmaz. Baş yarmaq, özünü döymək halları İslam dinində yoxdur, insanın bədəninə əziyyət verməsi qadağan olunur. Ehtiyacı olan insanlar üçün qan vermək daha savab işdir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, Aşura günü anma mərasimi keçirmək istəyənlər bunu İslam dininə müvafiq şəkildə həyata keçirə bilərlər: “Sabah Təzə Pir məscidində Qafqaz Müsəlmanları İdarəsinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrləri, eləcə də dini konfederasiyaların rəhbərləri ilə birgə qan vermə aksiyasında iştirak edəcəyik. Ölkə üzrə bütün məscidlərdə aksiyada iştirak üçün şərait yaradılıb, kifayət qədər yerlər ayrılıb”.

Komitə sədri hesab edir ki, qəmə vurma, baş yarma kimi hallar köhnədən qalma müəyyən təsirlərə düşmənin nəticəsidir: “Açıq şəkildə izah olunur ki, dində belə şey yoxdur. Özünü mömin hesab edən insanın bu addımı atması cəhalətdən irəli gəlir”.


Müəllif: Nərgiz

Oxşar xəbərlər