Gəncədə “İmamzadə” dini kompleksində vətəndaşların ziyarətlərini rahat və təhlükəsiz etmələri üçün şərait yaradılıb. Bu gün Yeni Azərbaycan Partiyasının gənc fəalları ilə qanvermə aksiyasında iştirak etdik. Aksiya yüksək səviyyədə təşkil edilib.
Bu sözləri Teleqraf.com-a açıqlamasında YAP Gəncə şəhər Təşkilatının sədri, Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
Onun sözlərinə görə, humanist xarakterli aksiyada toplanan qan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Aşura günü ilə əlaqədar “İmamzadə” ziyarətgahında və Mərkəzi Qan Bankının Gəncə filialında qanvermə aksiyası keçirdiyini vurğulayan deputat aksiyanın günün sonuna kimi davam edəcəyini vurğulayıb.