20 Sentyabr 2018 18:06
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Malta Prezidenti Mari-Luiz Koleyro Prekaya təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli xanım Prezident, ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

İnanıram ki, Azərbaycan ilə Malta arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malta xalqına daim sülh və firavanlıq diləyirəm".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər