23 Sentyabr 2018 12:56
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq dünəndən ölkəmizə payız fəsli gəlib. Payızın gəlməsi ilə ölkəmizə normadan artıq yağış düşüb.

Teleqraf.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti sentyabrın 22-si axşamdan 23-ü səhərədək müşahidə olunmuş faktiki hava şəraiti barədə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Milli Hidrometeorologiya Departamentindən əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 22-si hava gündüz əsasən yağmursuz keçib, lakin 22-si axşamdan 23-ü səhərədək şimşək çaxıb, arabir yağış yağıb, bəzi şimal və qərb rayonlarında leysan xarakterli intensiv olub.

Bildirilir ki, yağış Bakıda 21.0 mm (aylıq normanın 122 %-i) (norma 17.2 mm), Oğuzda 31.0 mm(aylıq normanın 42 %-i) (norma 73.7 mm), Qəbələdə 28.0 mm (aylıq normanın 36%-i) (norma 78.5 mm), Kişçayda (Şəki) 27.0 mm (aylıq normanın 41 %-i) (norma 68.1mm), Ordubadda 22.0 mm (aylıq normanın 175 %-i) (norma 12.6 mm), Mingəçevirdə 15.0 mm (aylıq normanın 60%-i) (norma 12.6 mm) olub.

Bu gün səhər saatlarından şəhərdə proqnoz olunandan dəfələrlə çox yağış yağması müvəqqəti çətinliklər yaratsa da, bu təkcə bizim ölkəmizdə müşahidə olunmur və normal qarşılanmalıdır.

İnsanların rahat hərəkət etməsi və yaranan problemin həlli üçün addımlar atılıb. FHN və şəhər təsərrüfatını idarə edən strukturlar zəruri tədbirlər görüb. Hal-hazırda şəhərdə yağışın yaratdığı problemlər tamamilə aradan götürülüb.

Qeyd edək ki, müvafiq qurumlar payız və qış mövsümü ilə bağlı hazırlıq işlərini görüblər və yarana biləcək problemlərə hazırdırlar.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər