Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil "Qırmızı Körpü" gömrük postunda saxlanılıb və gömrük baxışı keçirilib.
DGK-dn Teleqraf.com-a verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin arxa oturacaqlarının alt hissəsində xüsusi hazırlanmış gizli saxlanc yerində 4 ədəd "Samsung Galaxy J2 pro" və 6 ədəd "Samsung Galaxy J3 pro" telefonları aşkar edilib
Faktla bağlı araşdırma aparılır.