Ermənistan Silahlı Qüvvələrinin hərbi aviasiyasının Azərbaycanın işğal edilmiş ərazilərində təlim uçuşları ölkəmizə qarşı növbəti təxribat cəhdidir.
Bunu Teleqraf.com-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
Onun sözlərinə görə, sentyabrın 28-nə kimi davam edəcək hərbi təlimlər bölgədə vəziyyəti gərginləşdirə bilər:
“Ermənistan hakimiyyətinin bu addımının müharibə riski yaratması da mümkündür. Hesab edirəm ki, Azərbaycan ordusu işğalçının bu təxribatlarına qarşı adekvat cavab verməlidir.
Müasir hava hücumlarından müdafiə sistemlərimiz imkan verir ki, Ermənistanın ön xətdəki və dərinliklərdəki mövqelərini darmadağın edək. Təzyiqləri artırmaqla, Ermənistanın bütün uçuşlarının qarşısını almalıyıq. Beynəlxalq qanunlar da imkan verir ki, Azərbaycan işğalçının bütün təxribatlarının qarşısını istənilən yolla alsın”.
Qeyd edək ki, Ermənistan aviasiyası Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində təlim uçuşları keçirəcək.
Təlimlər 25-28 sentyabr tarixlərində baş tutacaq.