25 Sentyabr 2018 23:17
1 922
12 Punto 14 Punto 16 Punto 18 Punto

ADEX 2018 üçüncü Beynəlxalq Müdafiə Sərgisi 25-27 -də tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilir. Burada 32 ölkədən 200-dən çox şirkət təmsil olunur. Bu tədbirin ənənəvi iştirakçılarından biri də Rusiyadır.

Teleqraf.com xəbər verir ki, TASS agentliyi Azərbaycan və Rusiya arasındakı hərbi əməkdaşlığa dair məqalə dərc edib.

Məqalədə bildirilir ki, Rusiya Azərbaycanın hərbi-texniki məhsullar aldığı ölkələr arasında ön yerlərdən birini tutur:

“Hazırda Azərbaycan silah bazarında Rusiyaın əsas tərəfdaşıdır. Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qiymətləndirməsinə görə, Azərbaycanın müdafiə məhsullarının ümumi idxalında Rusiya silahının payı təxminən 22% təşkil edib.

1991-ci ildən 2005-ci ilə qədər isə Rusiya Azərbaycana silah tədarük etməyib.

2005-2010-cu illərdə Rusiyadan Azərbaycan təhlükəsizlik strukturları (Gömrük Komitəsi, Fövqaladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi) üçün vertolyotlar alınıb. Bir ədəd “MI-172”, 3 ədəd “Mi-171B” və 3 ədəd “Mi-17-1B”, həmçinin xilasetmə işləri üçün “Ka-32A” və “Be-200ES” vertolyotları bu texnikalar arasında yer alıb.

2007-ci ildə Azərbaycan Müdafiə Nazirliyi “T-72B” tankları, dörd zirehli evakuasiya maşını “BREM-1”, “MSTA-B” texnikasını alıb.

2008-2010-cu illərdə “KamAZ 70 BTR-80A” zirehli personal daşıyıcıları da Azərbaycana təslim edilib. 2010-cu ildə müqavilə çərçivəsində Azərbaycan tərəfinə 100 ədəd “Cornet-E 100” tank əleyhinə komplekslər verilib.

2010-2011-ci illərdə Rusiyadan “S-300” zenith-raket komplekslərinin alınmasına dair Azərbaycanla müqavilə imzalanıb. Müqavilənin dəyəri 300 milyon dollardan çox olub.
Həmin müqavilələr əsasında Azərbaycan tərəfi 2013-2018 illərdə Quru Qoşunları üçün Rusiyadan bu silahları alıb: 100 ədəd “T-90S” tankı; 118 ədəd “BMP” (Piyada Döyüş Maşını) və 230 ədəd “BTR-82A” zirehli personal daşıyıcıları.

18 ədəd özüyeriyən “Msta-S” 152 mm kalibrli, 18 ədəd özüyeriyən “Vyana” sistemləri, çoxsaylı “Smerç” raket sisteminin 18 ədəd döyüş vasitəsi, 24 ”TOS-1A” və “Solntsepek” sistemləri də alınan texnikalar arasındadır”.

Agentlik qeyd edib ki, bu müqavilə portfelinin dəyəri 1 milyard dollar təşkil edib:

Rusiyanın Strateji Texnologiyaları Təhlil Mərkəzinin ekspertlərinin fikrincə, özüyeriyən anti-tank raket sistemi “Xrizantem-S”, “Msta-B” sistemi, müxtəlif nəqliyyat vasitələri, mühəndis avadanlıqları - “BREM-1M” zirehli texnika, “BREM-L” və “IMR-3M” müdafiə qurğuları da bu paketə daxildir.

2010-ci ildə imzalanmış ayrı-ayrı müqaviləyə görə, Azərbaycan Sərhəd Xidməti üçün 24 döyüş vertolyotu (“Mi-35M”) alınıb. Həmçinin Daxili İşlər Nazirliyi üçün 71 “Mi-17-1B” vertolyotu alınıb. Bundan əlavə, Hərbi Hava Qüvvələrinin təchizatı üçün müqavilə paketi imzalanıb. Buna görə, 2011-2012-ci illərdə Azərbaycan “İqla-S” və portativ zenit-raket kompleksləri alınıb. 2014-cü ildə “Tor-M2E” qısa mənzilli raket sisteminin iki batareyası Azərbaycana təslim edilib.

2010-cu ilin noyabrında Rusiya və Azərbaycan tərəfləri bu ölkədə lisenziyalı silahların buraxılması, xüsusilə 2011-2021-ci illərdə 5.45 mm çaplı 120.000 ədəd “AK-74M” avtomatının yığılması barədə razılığa gəliblər.

2011-ci ildə Azərbaycanla “BMP-1” və “BMP-2” filosunu yeni döyüş kompleksi “Berezok” və “Kornet-E” raket sistemi ilə modernləşdirmək üçün müqavilə imzalanıb. Rusiyanın Azərbaycana “Cornet-E” raketlərini tədarük etdiyi məlumatlar arasındadır. Bundan başqa, 2014-cü ildən “Bal-E” ballistic raket komplekslərinin satılmasına dair Azərbaycan və Rusiya arasında danışıqlar gedir”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər