Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT-nin 73-cü sessiyası çərçivəsində ikitərəfli görüşlərini davam etdirir.
XİN-dən Teleqraf.com-a verilən məlumata görə, o, Sierra Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Alie Kabba və Eritreyanın xarici işlər naziri Osman Saleh Məhəmmədlə görüşüb.
Görüşlərdə ölkələr arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.