Milli Məclisin deputatı Sədaqət Vəliyeva TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasının iclasında iştirak etmək üçün Ankaraya gedib.
Teleqraf.com xəbər verir ki, TÜRKPA-nın İqtisadi Əməkdaşlıq Komissiyasında “TÜRKPA-ya üzv ölkələrdə innovativ sahibkarlığın perspektivləri” mövzusunda hesabat dinləniləcək, tövsiyələr müzakirə olunacaq, geniş fikir mübadiləsi aparılacaq.