Rusiya ilə Azərbaycan arasındakı münasibətlər qarşılıqlı hörmət və xoşməramlı qonşuluq prinsipləri üzərində qurulub.
Bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda keçirilən IX Azərbaycan-Rusiya Regionlararası Forumunda deyib.
“Rusiya ilə Azərbaycan arasındakı münasibətlərin, şübhəsiz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulamaq istəyirəm. Biz mənafelərimizi həmişə tərazlaşdırmağa çalışır və bunu bacarırıq. Hazırda Azərbaycanda, təqribən, 700 Rusiya birgə müəssisəsi fəaliyyət göstərir. Rusiyanın Azərbaycan iqtisadiyyatına qoyduğu birbaşa investisiyaların həcmi 1,5 milyard dollardan çoxdur",- V.Putin bildirib.
O qeyd edib ki, 2017-ci ildə Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 12 faizədək artıb./Report/