27 Sentyabr 2018 20:56
1 075
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır".

Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində çıxışı zamanı deyib.

"Ticari-iqtisadi əlaqələrə gəlincə, biz inkişaf dinamikasını görürük, bu olduqca güclü təəssürat oyadır, bu artmaqda olan dinamikadır. Ötən il də, bu il də əmtəə dövriyyəsi artıb. Rusiya Azərbaycan üçün idxal üzrə bir nömrəli tərəfdaşdır və bizim qeyri-neft sektorunun məhsullarının ixracı üzrə də bir nömrəli tərəfdaşdır.

Biz nəqliyyat sahəsində çox fəal əməkdaşlıq edirik. Bizim birgə reallaşdırdığımız “Şimal-Cənub” layihəsi artıq öz nəticələrini verir. Ötən illə müqayisədə biz bu il həmin dəhlizlə yükdaşımaların nəqlinin 100 dəfədən çox artdığını görürük. Həm də bu, yalnız başlanğıcdır. Hesab edirik ki, bu dəhliz Avrasiyanın ən mühüm nəqliyyat xətlərindən biri olacaq, bununla da ölkələrimizin daha da yaxınlaşmasına kömək edəcək və tranzit potensialımızı artıracaq. Həmçinin qeyd etmək istərdim ki, təkcə Azərbaycan milli aviaşirkəti Rusiyanın müxtəlif şəhərlərinə həftədə 50-dən çox reys həyata keçirir. Əgər, Rusiyanın aviadaşıyıcılarını da əlavə etsək, biz vətəndaşlarımızın öz aralarında necə ünsiyyət saxladıqlarını və əlaqələrimizin intensivliyini görərik", - dövlət başçısı əlavə edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər