1 Oktyabr 2018 12:14
1 270
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin 2018-ci il payız sessiyasının ilk plenar iclası dövlət himninin oxunması ilə açıq elan olunub.

Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov sessiyanın başlanması münasibətilə deputatları təbrik edib.

Spker bildirib ki, Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı sentyabrın 20-də təntənəli iclas keçirilib: "Dövlət başçısı iclasda nitq söyləyib. Azərbaycan parlamenti haqqında yüksək fikirlər bildirib. Mən bu yüksək fikirlərə görə, cənab prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycan parlamenti prezidentin siyasətini dəstəkləmək üçün əlindən gələni edəcək".

Spiker əlavə edib ki, Milli Məclisin payız sessiyasında bir sıra mühüm qanun layihələrinin müzakirəsi gözlənilir: “2019-cu ilin büdcə zərfi və digər qanun layihələrini müzakirə edəcəyik”.


Müəllif: Cavad

Oxşar xəbərlər