1 Oktyabr 2018 12:23
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununa dəyişiklik edilməsi barədə layihəni müzakirə edib.

Teleqraf.com-un xəbərinə görə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, 2017-ci ilin dekabrında qanuna əhəmiyyətli dəyişikliklər edilib:

“Biz qanunun 19, 70, 73-cü maddələrinə dəyişiklik etmişdik. İndi prezidentin təşəbbüsü ilə qanunun 29-cu maddəsinə əlavələr təklif edilir. Normativ hüququ aktlara dəyişiklik və aktlar ləğv edildikdə normativ hüququ aktlar göstərilir. İndi təklif edilir ki, ad və rəqəm dəyişikliyi zamanı normativ hüquq aktlar yazılmasın. Bu ancaq işin çevikliyi baxımından vacibdir”.


Müəllif: Cavad

Oxşar xəbərlər