1 Oktyabr 2018 18:26
1 525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis sədrinin müavini Bahar Muradova deputat Fazil Mustafanın Azərbaycan universitetləri haqqında işlətdiyi fikirlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, “Elm haqqında” qanunun müzakirəsi zamanı Fazil Mustafa “Azərbaycan universitetləri mütəxəssis yetişdirmir. Tibb Universitetini bitirənlər sərbəst həkim işləmirlər, gedib Türkiyədə rezidenturanı bitirirlər” ifadəsini işlədib.

Bahar Muradova isə Fazil Mustafanın bu fikirlərinin yanlış olduğunu deyib:

“Təhsil müəssisələri normal mütəxəssis yetişdirməsəydi, başqa ölkələrdən Azərbaycana tələbələr gəlməzdi. Həm SSRİ, həm də ondan sonrakı dövrdə Azərbaycanda təhsil alaraq öz ölkələrində nüfuz sahibi olan şəxslər var. Ona görə də Fazil Mustafanın dedikləri qüsurludur”.


Müəllif: Cavad

Oxşar xəbərlər