Ermənistanın baş naziri Nikol Paşinyan bu günlərdə bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyev onda savadlı insan təəssüratı doğurub.
Ermənistan rəhbərinin Köçəryan və Sərkisyan mühitindən kənara çıxdıqdan, real Azərbaycanla təmasda olduqdan sonra təəssüratı belədir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirib.
A.Mirzəzadə daha sonra deyib:
“Yadınızdadırsa, o Düşənbədə jurnalistlərə cənab prezidentlə görüşü barədə sualın cavabını İrəvanda deyəcəyini söyləmişdi. Görünür, şokdan çıxmaq üçün ona müəyyən zaman lazım idi”.