5 Oktyabr 2018 10:06
538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin səlahiyyətləri artırılıb.

Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dəyişikliklə Əsasnamənin III (Nazirliyin vəzifələri) hissəsinə yeni 8.10-3 bəndi əlavə edilib.

Əlavəyə əsasən, Səhiyyə Nazirliyi həm də tütündən istifadənin nəticələrindən qorunma sahəsində dövlət siyasətini və dövlət nəzarətini həyata keçirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər