5 Oktyabr 2018 12:04
402
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 17 məsələ daxildir.

Bunlar Vergi, Gömrük, Mülki, İnzibati Xətalar, Cinayət məcəllərinə və s. qanunlara dəyişiklik layihələridir.

Deputatlar Mülki Məcəlləyə dəyişikliklər edilməsi haqqında qanunun layihəsini birinci oxunuşda müzakirə edib.

Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli deyib ki, 2016-cı ildə prezident ipoteka kredilərinə dair sərəncam imzalayıb:

“Bu daha çox ipotekaya dair sənədləşdirmənin sadələşməsini nəzərdə tutur. İndi Mülkü Məcəlləyə bəzi dəyişikliklər təklif olunur. Bu dəyişikliklər ipoteka sənədləşdirilməsi və prosedurların elektron qaydada həyata keçirilməsinə xidmət edir”.

Deputatlar qanun layihəsini müzakirəsiz qəbul ediblər.


Müəllif: Cavad

Oxşar xəbərlər