5 Oktyabr 2018 13:09
686
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mən və digər deputatlar tərəfindən Milli Məclisdə bu məsələ zaman-zaman qaldırılıb. Mərkəzi Seçki Komissiyasının üzvlərinə diplomatik pasport verilmir.

Teleqraf.com xəbər verir ki, bu məsələni Milli Məclisin toplantısında deputat Qüdrət Həsənquliyev qaldırıb.

Deputat əlavə edib ki, MSK sədri Məzahir Pənahov bununla bağlı parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinə məktubla müraciət edib:

“Hakimləri seçən Məhkəmə Hüquq Şurasının üzvlərinə diplomatik pasport verilir. MSK üzvlərinə də diplomatik pasport verilməlidir. Hakimi seçən qurumun üzvlərinə diplomatik pasport verilir, amma prezidenti, Milli Məclisin üzvlərini seçən qurumun nümayəndələrinə diplomatik pasport verilmir. Bu anlaşılan deyil. Mən MSK üzvü olmuşam və bilirəm ki, MSK üzvləri mütəmadi olaraq xarici ölkələrə səfərlər edirlər. Cənab sədr, mən xahiş edirəm ki, Prezident Administrasiyası ilə bu məsələni müzakirə edin”.


Müəllif: Cavad

Oxşar xəbərlər