5 Oktyabr 2018 14:51
991
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan qüdrətli ölkədir, uğurları göz önündədir. Bütün ölkələrlə, xüsusilə sərhəddə yerləşən qonşu dövlətlərlə gözəl münasibətlər saxlayır. Hətta cənab Prezident İlham Əliyev bəyan edib ki, Ermənistan işğalçılıq siyasətindən əl çəksə, onlarla da münasibətlər yaratmağa hazırıq.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə çıxışı zamanı deputat Kamran Nəbizadə deyib.

O, Rusiya parlamentinin deputatı Konstantin Zatulinin son bəyanatı haqqında danışarkən bildirib ki, bu bəyanat Rusiyanın mövqeyi olmasa da, ziddiyyətlə doludur:

“Bu ermənipərəst bir insanın bəyanatdır. Təklif edirəm ki, belə bəyanatlara qarşı diqqətli və ehtiyatlı olaq. Çünki bəzən bizi sevməyən qüvvələr deputatların çıxışlarına rəsmi don geydirmək istəyirlər. Bizim Rusiya ilə münasdibətlərimiz yaxşılaşdıqca Ermənistan-Rusiya münasibətləri pisləşir. Mən həmkarlarımın fikirlərinə hörmətlə yanaşıram. Bununla belə hesab edirəm ki, belə şəxslərin bəyanatlarına cavab verərkən ehtiyatlı olmalıyıq”.


Müəllif: Cavad

Oxşar xəbərlər