8 Oktyabr 2018 11:51
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) yeni tədris ilindən paytaxtın rayonları üzrə ayrı-ayrı məktəblərdə müəllim və valideynlərin səyyar qəbuluna start verir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, ilk səyyar qəbul oktyabrın 12-də Pirallahı və Xəzər rayonları üzrə keçiriləcək.

Bakıdakı 168 nömrəli tam orta məktəbdə (Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsi 38) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.

BŞTİ-nin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirakı ilə keçiriləcək səyyar qəbulda müəllim və valideynləri narahat edən məsələlər öyrəniləcək, problemli məsələlər araşdırılaraq həll ediləcək, müvafiq təşkilati və maarifləndirmə tədbirləri görüləcək.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər