8 Oktyabr 2018 16:19
998
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün arıçılıq məhsullarının 19 -cu sərgi-satış məhsullarının yarmarkası fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynovun sözlərinə görə, nazirlik bir ay öncə dövlət aqrar inkişaf mərkəzlərinə müraciət edərək, bu yarmarkada iştirakla bağlı siyahının müəyyən edilməsi istiqamətində tapşırılıq verib:

"Sərgi oktyabrın 30-a qədər davam edəcək. Həmçinin, oktyabrın 30 -a qədər arıçılar öz məhsullarını xüsusi anbarlara təhvil veriblər. Qida Təhlükəsizliyi Agentliyi ilə birgə bal yarmarkasına təqdim edilən məhsulların analizini aparmışıq.

Bu günə qədər təqdim edilən 150 ton məhsuldan 30 tona yaxın bal keyfiyyətsiz olaraq müəyyən edilib. Yarmarkada ancaq keyfiyyətli balın satışı təmin edilib. Yararsız bal məhsulları isə xüsusi anbarda saxlanılmaqdadır".

Anar Hüseynov bildirib ki, zərurət yaranarsa və maraq olarsa yarmarkanın vaxtı 2-3 gün artırıla bilər.

Qeyd edək ki, bal yarmarkası Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində keçirilir.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər