9 Oktyabr 2018 14:48
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəmkir rayonunda yerli əhəmiyyətli Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulur.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə 3-cü texniki dərəcəli asfalt-beton örtüklü Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 15 km-lik hissəsi 1976-1977-ci illərdə inşa edilib.

Avtomobil yolu uzunmüddətli intensiv və ağır yüklü nəqliyyat vasitələrinin hərəkəti nəticəsində deformasiyaya uğradığından hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Hazırda qüsurların aradan qaldırılması üçün Agentlik tərəfindən yenidənqurma işləri aparılır.

Bundan başqa Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolunun 9-cu km-dəki 1989-cu ildə inşa edilən Şəmkir çayı üzərindəki 79 metr uzunluğunda olan körpü qəzalı vəziyyətə düşdüyündən əsaslı şəkildə bərpası işləri görülür. Körpünün dayaqları bərkidilir, hər iki tərəfdə su nizamlayıcı beton qurğular inşa edilir, konuslar və körpünün girişlərində keçid pilitələr bərpa edilir,səkilər təmir edilir, məhəccərlər dəyişdirilir.


Müəllif: Aytən

Oxşar xəbərlər