Milli Məclisin deputatları parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlini 50 illik yubileyi münasibəti ilə təbrik ediblər.
Teleqraf.com xəbər verir ki, millət vəkili Tahir Kərimli həmkarı ƏliHüseynlinin 50 yaşının tamam olduğunu deyib və onu peşəkar hüquqşünas kimi xarakterizə edib.
Millət vəkili bildirib ki, hələ 1992-ci ildən Əli Hüseynlini tanıyır:
“Biz birlikdə Ali Məhkəmədə işləmişik. Onu alicənab, savadlı insan kimi izləmişəm. Son 3 ildə Əli Hüseynlini daha yaxından tanımışam. Yaşlı adamam, ondan umacağım bir şey yoxdur. Amma onun simasında Azərbaycanın görkəmli şəxsiyyətini görürəm. Sabah biz ölüb gedəndə Azərbaycan etibarlı əllərdə olacaq. Çünki belə savadlı hüquqşünaslarımız var”.
Tahir Kərimlinin çıxışından sonra parlament üzvləri alqışlarla Əli Hüseynlini doğum günü münasibətilə təbrik ediblər.