Parlament “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Qanununa dəyişiklik edib.
Teleqraf.com xəbər verrir ki, qanunun 3-cü maddəsinin mətninə aşağıdakı redaksiyada dəyişiklik edilib:
“Bu qanunun məqsədləri üçün kiçik sahibkarlıq subyektləri dedikdə “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna uyğun olaraq təsdiq edilən meyarlar əsasında müəyyən olunmuş kiçik və mikro sahibkarlıq subyektləri başa düşülür”.