15 Oktyabr 2018 15:07
779
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Astara rayonuna səfərə gedib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Astara şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Prezident İlham Əliyevə abidənin ucaldıldığı Heydər Əliyev parkında yaradılan şərait və son illərdə rayonda həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd edək ki, bundan əvvəl dövlət başçısı Lənkərana səfər edib.


Müəllif: Teleqraf.com