16 Oktyabr 2018 14:22
1 168
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dərsliklərdə yer alan və bizə çox adi gələn nağıllar uşaqların formalaşmasına təsir edir. "Məlikməmməd" nağılının mahiyyətində qardaşın qıza görə qardaşını quyuya salması durur. Nə qədər “Cırtdan” nağılı demək olar. Millətdə sanki bu obraz yaradır. “Uşaq və buz” şeirinin mahiyətinə baxaq, burada uşaqla buzun mübarizəsində uşaq buzun üstündə dayanmaq istəmir onu yazla hədələyir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri millət vəkili Zahid Oruc “Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik edilməsi ilə bağlı qanunun müzakirəsi zamanı deyib.

Millət vəkili internet resurslarında uşaqların zərərli informasiyalardan qorunması üsullarından danışıb: “Uşaqlar 80 faiz informasiyanı kompüterdən alır. Uşaqlara nə qədər qadağan etsək onun qarşısını ala bilməyəcəyik. Biz alternativ vasitələr yaratmamışıq. Ölkəmizdə bir dənə milli oyun yoxdur. Hər beş uşaqdan biri selenaya baxır. Nə qədər baxacaqlar? Axı biz alternativ nə yaratmışıq? Alternativini yaratmasaq, uşaqlara kənara qaçıb onları tapacaq. Çünki qadağalar effekt vermir”.


Müəllif: Cavad

Oxşar xəbərlər